
Support 360 — Visa xidmətləri üzrə ünsiyyət və konsultasiya platforması
Biz necə işləyirik?
Biz necə işləyirik?
Kiminlə çalışırıq?
Kiminlə çalışırıq?
Support 360 servisinə hansı məsələlərlə bağlı müraciət etmək olar?
Support 360 servisinə hansı məsələlərlə bağlı müraciət etmək olar?
Support 360 servisinə necə müraciət etmək olar?
Support 360 servisinə necə müraciət etmək olar?
Suallar və cavablar
Suallar və cavablar
Support 360 nədir?
Bu, Visa ödəniş xidməti üzrə bütün aksiyalar və təkliflər üzrə konsultasiya verən peşəkarlar komandasıdır.
Support 360 hansı xidmətləri əhatə edir?
Mövcud aksiyalar, təkliflər üzrə konsultasiyalar, əks-əlaqənin qəbulu və emalı, həmçinin rəsmi saytda təqdim edilən məlumatın aydınlaşdırılması: https://www.visa.com.az/az_AZ
Support 360 ilə necə əlaqə saxlamalı?
Aşağıdakı kanallar üzrə əlaqə imkanı mövcuddur:
- VisaConcierge çat-botu vasitəsilə
- Elektron poçt vasitəsilə: [email protected]
Hansı Visa kart sahibləri Support 360 servisinə müraciət edə bilər?
Servis Visa ödəniş sistemi ilə buraxılmış kartlar üçün keçərlidir.
Support 360 servisinin iş qrafiki necədir?
24/7 sizinlə əlaqədə.
Support 360 servisinin qiyməti nə qədərdir?
Servis pulsuz təqdim edilir.
Support 360 istifadəsinə hansı məhdudiyyətlər var?
Visa dəstək xidməti heç bir məhdudiyyət olmadan ödəniş sisteminin xidmətləri və aksiyaları ilə bağlı istənilən sualda kömək etməyə hazırdır.
Aeroport xidmətlərinin mövcudluğunu necə yoxlamalı?
Aeroport xidmətlərinin mövcudluğunu VisaConcierge çat-botu vasitəsilə yoxlamaq olar.
Bunun üçün Visa Travel düyməsini basın, lazımlı xidməti seçin və bundan sonra “Xidmətlərin mövcudluğunu yoxla” düyməsini basın.*
* Bundan əvvəl botda yoxlanması lazım olan kartı əlavə etməyi unutmayın
Visa Airport Companion proqramında iştirak edən zalları necə tapmaq olar?
Visa Airport Companion tətbiqinin “Ümumi baxış” bölməsində lazımlı aeroportu və ya ölkəni seçərək mövcud zallara baxa bilərsiniz.
Həmçinin zalların siyahısına əsas ekrandakı linkdən də keçid edə bilərsiniz.
Fast Track nədir? İş prinsipi necədir?
Fast Track aviasiya təhlükəsizliyindən və sürətli sənəd yoxlanması zonalarından sürətlə keçməyə kömək olur.
Xidmətdən istifadə etmək üçün aviasiya təhlükəsizliyindən keçid zonasına yollanın, yeni parlaq Fast Track lövhəsini axtarın. Premium Visa kartınızı turniketdəki təsdiqləyici bölməyə yaxınlaşdırın və sənədlərin sürətli yoxlanması zonasına keçin.
Xidmət haqqında ətraflı məlumatın olduğu sayt: https://www.visa.com.az/az_AZ/pay-with-visa/promotions/fast_track_international.html
Visa-dan səyahət sığortası necə işləyir?
Sizin sığortanız səyahətdən öncə bu hallarda avtomatik aktivləşəcək:
- Gediş/gəliş biletlərini premium Visa kartı ilə ödəmisinizsə.
- Səyahətdən öncə yaşayış yerini premium Visa kartı ilə bronlaşdırmış və ödəmisinizsə.
- Səyahətdən əvvəl həm biletləri, həm də yaşayış yerini premium Visa kartı ilə ödəmisinizsə.
Səyahətdən əvvəl sığorta sertifikatını doldurmağınız tövsiyə olunur, çünki onu gömrük yoxlanışında tələb edə bilərlər.*
*Sığorta sertifikatını doldurmaq üçün VisaConcierge çat-botundan kömək ala bilərsiniz.
Müddət – bir səyahət üçün 90 gün, lakin il ərzində 183 gündən çox olmamaq şərtilə. Səyahət 90 gündən çox çəkirsə, tamamilə sığortalanmamış hesab olunur.
Sığortanız daimi yaşadığınız ölkədən çıxış və giriş faktı əsasında başlayır və bitir.
Xidmət haqqında ətraflı məlumatın olduğu sayt: https://www.visa.com.az/az_AZ/pay-with-visa/promotions/travel-insurance.html
Visa-dan endirimlərin və təkliflərin siyahısı varmı?
Əlbəttə! Siz səyahətlərin, ərzaqların, spirtli içkilərin ödənişi zamanı, restoranlarda və mağazalarda ödəniş edərkən, idman malları alarkən, əyləncə və digər şeylərə görə ödəniş edərkən geniş təkliflər çeşidi əldə edirsiniz.
Xidmət haqqında ətraflı məlumatın olduğu sayt: https://www.visa.com.az/az_AZ/pay-with-visa/promotions.html
