DragonPass və Visa ilə yeni biznes-zallar

Visa premium kart sahiblərinə ən yaxşı rəqəmsal təcrübəni təqdim etməyə davam edir, buna görə də biz böyük məmnuniyyətlə bu istiqamətdəki əsas dəyişiklikləri elan edirik:

1 oktyabr 2024 tarixindən etibarən Visa-nın lounge zalları üzrə təminatçısı DRAGONPASS olacaq.

Bu qərar qüvvəyə mindikdən sonra hazırkı üzvlüklər köçürülməyəcək və keçərsiz hesab olunacaq. 

1 oktyabr 2024 tarixindən etibarən aeroportlarda lounge zallara giriş üçün istifadəçi yolu rəqəmsal üzvlüklə əvəzlənəcəkdir. Müştərilərə Visa Airport Companion tətbiqini AppStore və ya Play Market-dən yükləyərək istifadə etmək, yaxud Visa Concierge çat-botu vasitəsilə giriş əldə etmək təklif olunacaq. 

Visa yeni tərəfdaşı DragonPass ilə premium Visa kart sahiblərini bütün dünyadakı yüksək səviyyəli lounge zallara giriş imkanı ilə təmin etməyə davam edəcək. 

Visa Platinum, Visa Signature, Visa Infinite və Visa Platinum Business premium kartları ilə DragonPass proqramı çərçivəsində biznes-zallara pulsuz giriş!

Siz bütün dünyada 1200-dən çox biznes-zal arasından istədiyinizi seçərək:

  • Visa Platinum və Visa Platinum Business kartları ilə ildə 2 dəfə.
  • Visa Signature kartı ilə ildə 4 dəfə.
  • Visa Infinite kartı ilə ildə 6 dəfə.

Premium Visa kartları ilə hər səyahət müstəsna xidmət və komfort deməkdir!

Giriş üçün tələblərə cavab verməyən hər ziyarətin, həmçinin bütün qonaq ziyarətlərinin qiyməti 32 ABŞ dolları təşkil edəcəkdir (məbləğ birbaşa kart hesabınızdan çıxılacaq).

Ətraflı məlumatı bankınızın qaynar xəttindən öyrənə bilərsiniz.

*Visa Platinum, Visa Signature, Visa Infinite və Visa Platinum Business premium kartları üçün təklif 30 sentyabr 2026-cı il tarixinədək etibarlıdır.

Təklifdən necə istifadə etmək olar?

Diqqət: 19 may 2025-ci il tarixindən etibarən DragonPass proqramı çərçivəsində Visa kartları vasitəsilə giriş Azərbaycan istisna olmaqla, DragonPass saytında qeyd olunan bütün ölkələrdə həyata keçirilir.

Bankınız tərəfindən nəzərdə tutulubsa, xidmət digər üsullarla mövcud ola bilər.

İstifadə şərtləri

DragonPass biznes-zallarına pulsuz girişdən yararlana bilmək üçün son bir ay ərzində Visa Platinum, Visa Signature, Visa Infinite kartları ilə smartfon və ya smart-saat vasitəsilə 500 AZN məbləğində Google Pay və ya Apple Pay ödənişləri etməlisiniz.

DragonPass proqramı barədə sual-cavab

Visa istənilən vaxt istənilən üstünlüyü ləğv etmək hüququnu özündə saxlayır və bu barədə məlumatlandırma Visa saytında yayımlanır.