Visa Infinite ilə yüksək gəlirli müştərilər portfelinizi yeni səviyyəyə yüksəldin

Visa-nın yüksək gəlirli həyat tərzinə malik müştərilər üçün xüsusi hazırladığı premium kart məhsulları ailəsi olan Visa Infinite-in təkmilləşdirilmiş ödəniş imkanları və eksklüziv üstünlükləri ilə yüksək məbləğli xərcləmələri dəstəkləyin. 

Visa Infinite Series yüksək gəlirli müştəri strategiyanıza uyğun üç fərqli səviyyə, xüsusi konsyerj xidməti, nümayəndə girişi, prioritet təsdiqləmələr, eksklüziv tərəfdaşlıqlar və təcrübələr təmin edərək ən seçici müştərilərinizin yüksək gözləntilərini üstələməyə imkan verir. 

Ən dəyərli müştərilərinizə fərqlənən xidmət və təcrübələr təmin etmək üçün Visa Infinite-in tərəfdaşı olun. 

Visa-nın qlobal infrastrukturundan və qabaqcıl təhlükəsizlik texnologiyalarından faydalanaraq müxtəlif bazarlardakı yüksək gəlirli müştəri seqmentlərinin yüksək gözləntilərini davamlı şəkildə qarşılayın. 


Visa Infinite emitentlərə daha iri həcmli əməliyyatları, daha yüksək qəbul limitlərini və qlobal istifadəni dəstəkləmək imkanı verir, bu da yüksək gəlirli müştəri xərcləmələrinin kart vasitəsilə həyata keçirilməsinə və xərcləmə həcminin artmasına kömək edir.


Yüksək gəlirli müştərilərinizə başqa heç yerdə əldə edə bilməyəcəkləri lüks kart sahibi üstünlükləri və ömürdə bir dəfə yaşana biləcək nadir təcrübələr təqdim edin. 


Visa Infinite üstünlükləri yüksək gəlirli müştərilərinizin həyat tərzini, xərcləmə və istifadə davranışlarını əks etdirən beş əsas istiqamət üzrə qruplaşdırılıb və emitentlərin premium kartlara üstünlük verilməsini artırmasına kömək edir. 

  • 21% illik artım proqnozu (Visa Infinite üçün), 9%-lik ümumi göstərici ilə müqayisədə 

  • 3,5 dəfə  artım — Visa Infinite kart sahiblərinin transsərhəd xərcləmələrində

  • 99% əməliyyat təsdiqlənməsi — imtinalar nəticəsində yarana biləcək təxminən 8%-lik xərcləmə azalmasının qarşısını almağa kömək edir

  • $3,7 mlrd həcmində bərpa edilə bilən ödəniş həcmi — daha yüksək maksimum əməliyyat limitləri sayəsində

Sources/Footnotes/Disclaimer

1 2025 və 2024-cü maliyyə illərində VisaNet üzrə ödəniş həcminə dair məlumatların müqayisəsi; Visa Infinite kartlarının ümumi Visa istehlakçı portfeli ilə müqayisəli təhlili. 

2 3.5x: VisaNet üzrə qlobal məlumatlar (2024–2025). Yüksək gəlirli müştərilər Visa Infinite kart sahibləri olaraq müəyyən edilir; müqayisədə Visa Infinite məhsulları üzrə xərcləmələr Visa-nın ümumi istehlakçı portfeli üzrə xərcləmələrlə qarşılaşdırlır. 

3 99%-dək təsdiqlənmə göstəricisi tələblərə uyğun və tam doğrulanmış əməliyyatlara aiddir və emitentin konfiqurasiyasından və əməliyyatın növündən asılı olaraq dəyişə bilər. VisaNet əməliyyat məlumatları (iyun 2023 - may 2024); təhlil Visa Data Science tərəfindən aparılıb. 

4 3,7 mlrd: VisaNet Auth üzrə Aylıq Hesabat (iyun 2023 - may 2024); kredit və debet məhsulları.

Visa Infinite-i araşdırın 

Ətraflı məlumat və ilham üçün kart sahibi təcrübəsi səhifəmizə keçid edin.