
Xaricdəki yaxınlarınızın Visa kartına köçürmələr
Bu xidmət nə üçün lazımdır?
Bu xidmət nə üçün lazımdır?
Visa kartlarına sürətli köçürmə xidməti dərhal pul köçürmək və ödəniş etmək imkanı verir
Necə istifadə etməli?
Necə istifadə etməli?
1-ci addım: 16 rəqəmli kart nömrəsini öyrənin
Karta pul köçürmək üçün bunu bilməyiniz kifayətdir. Siz bu nömrəni rahatlıqla yaxınlarınıza və dostlarınıza ötürə bilərsiniz – bu, təhlükəsizdir.
! Köçürmə üçün kart nömrəsi verərkən, heç vaxt kartın PIN-kodunu, istifadə müddətini və CVV2 kodunu hətta yaxşı tanıdığınız insanlara belə bildirməyin.
2-ci addım: Köçürmə üsulunu seçin
Visa kartlarına sürətli köçürmə xidmətindən istifadə etməyin bir çox üsulları var.
3-cü addım: Köçürməni həyata keçirin
Pullar demək olar ki, dərhal karta köçmüş olacaq.
Bu gün əksər banklar Visa ödəniş sistemi daxilində pulların demək olar ki, dərhal köçürülməsinə imkan verir. Pulları tez əldə etmək istəyirsinizsə, bankınızdan Visa kartlarına sürətli köçürmə xidmətindən istifadə zamanı köçürülmə sürəti barədə məlumat alın.
Ümumi suallar
Ümumi suallar
Visa kartlarına sürətli köçürmə nədir?
Kartlara sürətli köçürmə - Visa kart sahiblərinin harada olmasından asılı olmayaraq, kartlarına rahat və sürətli pul köçürmək imkanı verən xidmətdir. Pul köçürmək üçün alıcının Visa kartının 16 rəqəmli nömrəsini bilmək kifayətdir. Siz pul vəsaitini bankomat, mobil telefon, internet və ya terminal vasitəsilə göndərə bilərsiniz.Visa kartlarına sürətli köçürmə xidmətinin istifadəsinə görə komissiya çıxılırmı?
Banklar köçürməyə görə komissiyanı öz mühakimələrinə uyğun təyin edir. Komissiyalar barədə ətraflı məlumatı bankınızın saytında şəxsi kabinetinizdə axtara bilərsiniz.Pul köçürmələrinə məhdudiyyət tətbiq olunurmu?
Xidmətin istifadə şərtlərində qeyd edilib ki, transaksiya 30 dəqiqədən çox vaxt aparmır, lakin əsasən pullar alıcının hesabına bir neçə saniyə ərzində köçürülür.Pulları hansı valyutada köçürə bilərəm?
İstənilən valyutada pul köçürmək mümkündür. Visa kartına pul köçürərkən məbləğ avtomatik olaraq hesaba kartın valyutasında köçürülür.Digər ölkələrdən pul köçürmək mümkündürmü?
Visa kartlarına sürətli köçürmə xidməti dünyanın 20-dən çox ölkəsində aktivdir. Siz bu siyahıdakı ölkələrin istənilən birində olarkən istənilən birinə pul köçürə bilərsiniz*.
* Məhdudiyyətlər tətbiq olunur. Zəhmət olmasa, məlumatı bankınızla dəqiqləşdirin.
Digər bankların müştərilərinə pul köçürmək mümkündürmü?
Bakınız Visa kartlarına sürətli köçürmə xidmətini təqdim edirsə, kartlarının hansı bank tərəfindən buraxılmasından asılı olmayaraq, digər Visa kartlarının sahiblərinə rahat şəkildə pul köçürə bilərsiniz.Bankımın saytında Visa kartlarına sürətli köçürmə bölməsini tapa bilmirəm. Nə etməliyəm?
Ola bilsin ki, bankınız hələ bu xidməti dəstəkləmir. Məlumatı “pul köçürmələri” menyusunda dəqiqləşdirməyə çalışın. Həmçinin bu xidməti təqdim edən istənilən bank vasitəsilə Visa kartınızdan pul köçürə bilərsiniz.
Komissiyanın miqdarı pul köçürülməsi həyata keçirilən ölkədən asılıdırmı?
Hər bir halda komissiya miqdarını köçürmə xidmətini təqdim edən bank təyin edir. Komissiyalar barədə ətraflı məlumatı bankınızın saytında tapa bilərsiniz.Bankımın Visa kartlarına sürətli köçürmə sistemini dəstəkləyib-dəstəkləmədiyini necə öyrənə bilərəm?
Bu məlumatı bankınızın saytında axtarmalısınız.Visa kartlarına sürətli köçürmə üçün ən yaxın bank şöbəsini necə tapa bilərəm?
Visa kartlarına sürətli köçürmə xidmətindən onlayn və ya ən yaxın ödəniş terminalında istifadə edin.Köçürmə məbləği iki dəfə çıxıla bilərmi?
Məbləğ kartınızdan çıxılmadan öncə sizdən köçürmənin düzgünlüyünü təsdiqləməyi xahiş edəcəklər. Çıxılma təsdiqlənmə olmadan həyata keçirilə bilməz.Mən pulu köçürmüşəm, lakin məbləğ alıcının kartına çatmayıb. Problem nədədir?
Köçürmənin statusunu aydınlaşdırmaq üçün sizə Visa kartlarına sürətli köçürmə xidmətini təqdim edən operatora müraciət edin.Pul köçürmək üçün hansı rekvizitləri bilmək lazımdır?
Köçürmə üçün alıcının Visa kartının 16 rəqəmli nömrəsini bilmək kifayətdir.Visa kartını necə açmaq olar?
Visa kartı əldə etmək üçün üzərinizdə şəxsiyyətinizi təsdiq edən sənədlə istənilən bank şöbəsinə müraciət edərək müvafiq ərizəni təqdim etməlisiniz.
Təhlükəsizlik
Təhlükəsizlik
Visa kartlarına sürətli köçürmə xidməti vasitəsilə pul köçürmək təhlükəsizdirmi?
Visa daimi müşahidəni və fırıldaqçılıq hallarına yol verməmək üçün ötürülən məlumatın şifrələnməsini təmin edərək, kartınız üzrə bütün əməliyyatların etibarlı müdafiəsini təqdim edir.Kart nömrəsini digər şəxsə ötürmək olarmı?
Visa kartlarına sürətli köçürmə xidməti vasitəsilə köçürmə etmək üçün Visa kartınızın nömrəsini digər şəxsə ötürmək tamamilə təhlükəsizdir. Lakin heç bir halda kartınızın PIN-kod və CVV/CVC2 kimi məlumatlarını bildirməyin, belə ki, bu məlumatlar şəxsi hesabınıza giriş imkanı yaradır və kartınızdan pul çıxmağa, yaxud köçürməyə icazə verir.Hansı kart məlumatlarını digər şəxslərə ötürmək olmaz?
Heç vaxt və heç bir halda kartınızın PIN-kod və CVV/CVC2 məlumatlarını bildirməyin, belə ki, bu məlumatlar şəxsi hesabınıza giriş imkanı yaradır və kartınızdan pul çıxmağa, yaxud köçürməyə icazə verir.Mən alıcının kart nömrəsini düzgün qeyd etməmişəm. Nə etməliyəm?
Əgər siz 16 rəqəmli kart nömrəsini yazarkən təsadüfən səhv etmisinizsə, pul vəsaiti köçürülməyəcək, çünki bu nömrəyə malik kart mövcud deyil. Hər bir kart nömrəsində səhvi aşkarlamağa kömək edən əlavə rəqəm mövcud olur.ATM və ya POS ilə köçürmə üçün PIN-kod daxil etmək lazımdırmı?
Əgər Visa kartından pul köçürürsünüzsə, PIN-kodu məbləğ çıxılmazdan öncə daxil etmək lazım olacaq. İnternet-bankda köçürmə zamanı VbV şifrəsini və ya internet-bankın loqin və şifrəsini daxil etmək lazımdır.
Köçürmə üsulları
Köçürmə üsulları
Bankomat vasitəsilə pul köçürmək üçün nə etmək lazımdır?
- Bankomatın menyusuna daxil olun.
- “Visa kartına köçürmə” xidmətini seçin.
- Visa kartını daxil edib PIN-kodu yazın.
- Alıcının kart nömrəsini yazın.
- Visa kartınızdan göndərmək istədiyiniz məbləği yazın.
- Alıcının Visa kartının nörməsinin, köçürülən məbləğin, komissiya miqdarının düzgünlüyünü yoxlayın və köçürməni təsdiqləyin.
Pərakəndə ticarət şəbəkələri vasitəsilə pul köçürmək üçün nə etmək lazımdır?
- Visa kartlarına sürətli köçürmə xidmətini təqdim edən ticarət məntəqəsini seçin.
- Kassadakı əməkdaşa Visa kartlarına sürətli köçürmə xidmətindən istifadə etmək istədiyinizi bildirin.
- Əməkdaşa alıcının Visa kartının nömrəsini bildirin.
- Əməkdaşa ad və soyadı bildirin (MBD və digər ölkələrə köçürmə üçün)
- Əməkdaşın alıcının kart nömrəsini düzgün daxil etməsini yoxlayın və komissiya məbləğini dəqiqləşdirin.
- Köçürmə məbləğini əməkdaşa təqdim e
- Pul vəsaitinin alıcının Visa kartına köçməsi üçün bir neçə saniyədən 2 bank gününədək müddət tələb oluna bilər.
Mobil telefon vasitəsilə pul köçürmək üçün nə etmək lazımdır?
- Telefonda bank tətbiqini və ya “Elektron pulqabı”nı açın.
- Visa kartlarına sürətli köçürmə xidmətini seçin.
- Vəsaitin mənbəyini seçin.
- Alıcının Visa kartının nömrəsini daxil edin. Köçürmək istədiyiniz məbləği daxil edin.
- Alıcının Visa kartının nörməsinin, köçürülən məbləğin, komissiya miqdarının düzgünlüyünü yoxlayın və köçürməni təsdiqləyin.



